Pənah Hüseyn DTX-ya çağrıldı - İZAHATI ALINIB

  • By admin
  • 17 Aprel 2019 19:18

 

Azərbaycan Xalq Partiyasından verilən xəbərə görə, bu gün partiyanın sədri Pənah Hüseyn DTX-ya dəvət olunub.

Gununsesi.org bildirir ki, ondan “ölkənin cənubunda və şimalında təxribatlar hazırlanır” açıqlamasına dair izahat alınıb.
Qeyd edək ki, Pənah Hüseyn bir neçə gün bundan öncə Müsavat TV-də canlı efirdə “Aprel-may aylarında Azərbaycanın cənubunda və şimalında ciddi təxribatlar hazırlanır” məzmununda fikirlər səsləndirmişdi.

AXP sədrinin bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.

Gununsesi.org