Pakistan Azərbaycana 4,2 milyon dollar sərmayə yatırıb

  • By admin
  • 04 İyul 2018 16:24

Pakistan Azərbaycana 4,2 milyon dollar sərmayə yatırıb

“Pakistan Azərbaycana 4,2 mln. dollar sərmayə yatırıb”.

Gununsesi.info  bildirir ki, bunu “Azərbaycan-Pakistan” biznes konfransında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

“Biz burada Azərbaycan və Pakistan arasında biznes imkanları forumunu keçiririk. Yaxşı olardı ki, hər iki dövlət bir-birini dəstəkləsin. Bu, siyasi dialoqun mühüm səviyyəsini göstərir. Biz müxtəlif zamanlarda müxtəlif platformaları nümayiş etdirmişik, ikitərəfli ticarət imkanları sahələrində fikir mübadiləsi aparmışıq. Bu il ölkələrimiz arasında ticart dövriyyəsi artıb. Hər iki ölkə ticari maraqların daha da artmasında maraqlıdır. Eyni zamanda, biz qarşılıqlı sərmayələrə diqqət yetiririk. Pakistanın Azərbaycanda 267 şirkəti mövcuddur. Bu şirkətlər logistika, nəqliyyat və s. sahələri əhatə edir. Bu onu göstərir ki, Azərbaycan və Pakistanın işgüzar dairələri burada fəaliyyətini genişləndirir. Bu dinamika müsbətdir”, – deyə o bildirib.

 Nazir müavini qeyd edib ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün münbit şərait var: “Pakistan Azərbaycana 4,2 milyon dollar sərmayə yatırıb. Bizim Pakistanın biznes imkanları ilə tanış olmaq imkanımız olacaq ki, bu da əlaqələri genişləndirməyə kömək edəcək”.