Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini Rəşid İsmayılov tutduğunu vəzifəni tərk edir.
Gununsesi.info “Ölkə.Az” -a istinadən xəbər verir ki, İsmayılov nazirlikdə beynəlxalq məsələlərə görə də cavabdeh idi.
Nazir müavininin postunu nə vaxt tərk edəcəyi dəqiq bilinmir. Nazirliyin mətbuat xidməti Rusiya KİV-lərinə məsələ ilə bağlı açıqlama verməyib. Nazir Konstantin Noskov da rəsmi təyinatlara qədər kadr dəyişikliyi barədə danışmaq istəməyib.
Qeyd edək ki, Nikolay Nikiforov may ayında bu vəzifəni tərk edib və onun yerinə hökumət yanında analitik mərkəzin rəhbəri Konstantin Noskov təyin edilmişdi.











