Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pakistan ərəb ölkələrini Qətərlə bağlı yaranmış siyasi böhran fonunda mötədil davranmağa çağırıb.

Pakistan Qətərlə iqtisadi əlaqələrini də davam etdirəcəyini qeyd edib.

Xatırladaq ki, 9 ərəb ölkəsi Qətəri terrorizmə dəstək verməkdə ittiham edir. Sözügedən ölkələr Qətərlə diplomatik əlaqələri dayandırıblar.

Pakistandan əvvəl Türkiyə Böyük Millət Məclisi də Qətərə qoşunların göndərilməsi ilə bağlı qərar qəbul edib.

Gununsesi.info