Pakistanda qatar qəzası: - 17 ölü, 50 yaralı

  • Müəllif: admin
  • 03 Noyabr 2016 11:02

pakistan
Pakistanın cənubunda dəhşətli qatar qəzası baş verib.

Gununsesi.info “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, Pakistanın liman şəhəri olan Quruçuda meydana gələn qatar qəzasında 17 nəfər həyatını itirib.

Pakistan Dəmiryolları rəsmisi Nasir Nazirin verdiyi məlumata görə, bir qatarın, arxadan gələn digər bir qatarla toqquşması nəticəsində 17 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Hazırda əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən cəlb olunub.

İlkin məlumata görə, ölənlər arasında iki qadın və bir uşaq var. Ayrıca xəstəxanaya yerləşdirilən beş nəfər yaralının vəziyyəti isə ağırdır.

Qeyd edək ki, Pakistanda dəmiryolu infrastrukturunun bərbad olması səbəbindən qatar qəzaları tez-tez baş verir.

Anar

Gununsesi.info