
Noyabrın 3-də səhər saatlarında Bakı şəhərinin Heydər Əliyev prospektindən “Koroğlu” metro stansiyasından mərkəzə dorğu avtomobillərin hərəkətində tıxac yaranıb.
Gununsesi.info Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, prospektin sağ kənar yolunun üzərindəki tuneldə “Kamaz” markalı yük avtomobildə nasazlıq yarandığından nəticədə yolda hərəkəti iflic edib. Buna görə də, həmin prospektdə tıxac və sıxlıq müşahidə olunub.
Gülnaz Qənbərli
Gununsesi.info












