Pakistanla Hindistan arasında “diplomatik müharibə” yenidən alovlandı

  • Müəllif: admin
  • 03 Noyabr 2016 15:54
pakistan-bayragi-476129703133775557757
Pakistan və Hindistan öz  diplomatlarını bir-birindən geri çağırdı.
Gununsesi.infoTimes of India”-ya  istinadən xəbər verir ki, noyabrın 2-də rəsmiİslamabad  Hindistandakı  səfirliyindəki 6  diplomatı geri çağırandan dərhal sonra rəsmi Nyu-Dehli də  İslamabaddakı 8 diplomatını geri çağırmaq barədə qərar verib. Hindistan bunu diplomatlarının həyatına  təhlükə olduğu ilə izah edib.
Pakistan da öz diplomatlarının həyatına təhlükə olduğunu nəzərə alaraq onları geri çağırıb.
Pakistan mətbuatı  hindistanlı diplomatların adları ilə yanaşı  fot0larını yayaraq, onları casusluqda ittiham edib.
“Diplomatik müharibə”-yə səbəb ötən həftə Hindistanda pakistanlı diplomat  Mahmud Axtarın saxlanılaraq,  dindirilib ölkədən çıxarılmasından sonra başlayıb. Hindistan hüquq-mühafizə orqanları pakistanlı diplomatı casusluqda ittiham edərək ölkədən çıxarıb.
Bununla belə, Mahmud Axtarla  əlaqələri olduğu ittiham olunan  iki Hindistan vətədaşı da saxlanılaraq, ölkənin hüquq-mühafizə orqanları tərəfindən  həbs edilib.
Buna cavab olaraq Pakistan hakimiyəti Hindistan səfirliyinin əməkdaşı Surita Sinqhi ölkəsinə göndərib.
İki ölkə arasında vəziyyətin gərginləşməsinə səbəb olan digər amil isə cari ilin sentyabrın  18-də   Kəşmir yaxınlığındakı Uri və Cammu şəhərlərindəki  hindistanlı batalyona kəşmirli döyüşçülərin hücumu səbəb olub. Batalyona hücum nəticəsində 19 hindistanlı hərbçi ölüb.
Gununsesi.info