Pambıqçılıq heyvandarlığı sıradan çıxarır ?

  • By admin
  • 14 Mart 2018 17:10
Pambıqçılığa ayrılan diqqət nəticəsində bu ilin iki ayında sözügedən sahədən 13 milyon dollar gəlir götürmüşük. Amma bununla yanaşı, pambıqçılıq tarlalarının genişlənməsi aqrar sektorun digər sahələrinə mənfi təsir göstərib. Belə ki, Gömrük Komitəsinin də hesabatından görünür ki, ət, süd və kərə yağının ixracında azalma, idxalında isə kəskin artım var.
Gununsesi.info kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova istinadən xəbər verir ki, belə bir statistikanın yaranmasının səbəbi, pambıqçılığın heyvandarlığın və digər sektorların hesabına genişləndirilməsidir:
“Nəticədə 2017-ci ildə heyvandarlıq məhsullarının idxalı kəskin şəkildə artdı. Hətta yeyinti məhsullarının idxalında artım indi də davam edir. Cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı 58 faiz, kəsim üçün gətirilən diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə, buğda idxalı 2 dəfə, çay idxalı 50 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 4,1 dəfə artıb. Digər tərəfdən kənd təsərrüfatı məhsullarının ixracında ciddi azalmalar var. Belə ki, çay ixracı 47 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2,3 dəfə, şəkər idxalı isə 2,7 dəfə azalıb”- V.Məhərrəmov deyir. 
Mütəxəssisin sözlərinə görə, ölkə fermerlərinə çatacaq yüz milyonlarla dollar vəsait hər ildə əcnəbi fermerlərin cibinə axır, onların biznesini genişləndirir .
 
Vüsalə