“Parabank”ın lövhələri yığışdırılır - METRODAN

  • By admin
  • 02 Avqust 2016 16:00

parabank

 

Lisenziyası ləğv edilmiş “Parabank”ın reklam lövhələri metro stansiyalardan yığışdırılır.

Bu barədə  Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, metroda reklam yerləşdirmək üçün istənilən qurumla “Bakı Metropoliteni” QSC arasında müqavilə bağlanılır. Hazırda “Parabank”ın Bakı metrosunda yerləşdirilən reklam lövhələri bu gün bankın rəsmi müraciəti əsasında yığışdırılır və bağlanan müqaviləyə xitam verilir.

Onun sözlərinə görə, müqavilə qarşı tərəfin istəyindən asılı olaraq, aylıq və ya illik ola bilər: “Qarşı tərəf maddi durumundan asılı olaraq, müqavilənin müddətini artıra və ya ona xitam verə bilər. Həmçinin müqavilə bağlayan qurum ləğv edildikdə, rəsmi müraciətləri əsasında müqaviləyə xitam verilir”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info