Parlamentdə bələdiyyələrdən narazılıq: “Fəaliyyəti dayandırılmalıdır”

  • By admin
  • 13 Aprel 2021 11:32

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında Bakıdakı gecəqondularla bağlı problemi qabardıb.

Gununsesi.info xəbər verir ki, deputat Bakının bir çox yerlərində  olan gecenqondularda yaşayan insanların taleyinə toxunub:

“Bakıdakı gecenqondularda yaşayanlar müxtəlif yerlərindən gəlib yaşayırlar. Onlar məcburi köçkün deyillər. Biz necə edək ki bu insanlar öz dədə-baba torpaqlarında gedib mal-qaralarını saxlasınlar. Bakıya baxanda bir gecəqondu şəhəri olduğunu görmək olar. Bu problem  çözülməlidir. Qarabağ məsələsini həll etdiyimiz kimi bu gecəqondu problemini aradan qaldırmalıyıq”

Fazil Mustafa bələdiyyə sistemindən narazılığını da bildirib:

“Bir ölkədə bələdiyyə qərar verə bilmirsə, onun fəaliyyəti dayandırılmalıdır. Onların verdikləri qərara icra hakimiyyəti baxmır. Bu məsələ də həll olunmalıdır”

Gununsesi.info