Partlayışda xəsarət alanların dördü evə buraxılıb - NAZİRLİK

  • By admin
  • 27 İyul 2016 09:50

araz

 

Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb.

Müdafiə Sənayesi nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə iyulun 26-da nazirliyin Şirvan “Araz” zavodunda  baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən  dördü bu gün səhər saatlarında evə buraxılıb, bir neçəsinin isə gün ərzində evə buraxılacağı bildirilir.

Xəsarət alanların digərlərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

 

Gununsesi.info