Paşinyan qanuni oğruları - ölkədən qovur

  • By admin
  • 23 May 2018 15:38

 

Qanuni oğrular Ermənistanı tərk etməyə başlayıblar.

Gununsesi.info Axar.az- a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb.

“Kriminal avtoritetlərin ölkəni tərk etməsi məxməri inqilabın qalibiyyətindən sonra baş verir. Belə ki, inqilabın qələbəsindən sonra hökumət qanuni oğruları təcili şəkildə polis bölmələrinə dəvət etmişdi.

Bizdə olan məlumatlara görə, bu şəxslərin bir qismi bölmələrə məcburi şəkildə gətirilmiş, bir qismi isə mədəni şəkildə bölmələrə çağırılmışdılar. Maraqlı məqam isə kriminal aləmin nümayəndələrinin polisin bu tələbinə riayət etmələri idi. Polisin tələbləri sırasında kriminal avtoritetlərin özlərini səbirli aparmaları da yer alıb. Görünür, Nikol Paşinyan 1990-cı illərdə Ermənistandan qanuni oğruları təmizləməyi bacaran Vano Siradeqyanın metodlarından istifadə edir” – məlumatda bildirilib.