Pauerliftinq üzrə Azərbaycan Kuboku keçiriləcək

  • By admin
  • 28 Sentyabr 2017 15:18

05

Sentyabrın 30-dan oktyabrın 1-dək AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan Kuboku keçiriləcək. 

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yarışda ölkənin müxtəlif regionlarını təmsil edən 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparacaq.

Yarış qarşıdakı beynəlxalq turnirlərə, xüsusilə də Çexiyanın Plzen şəhərində keçiriləcək dünya çempionatına seçmə və sınaq xarakteri daşıyacaqdır.

Anar

Gununsesi.info