Paytaxt yolları iflic oldu -FOTO

  • By admin
  • 16 İyun 2016 09:52
tixac
T2
Bakı şəhərində bir neçə istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Gununsesi.info-nun məlumatına görə, “Formula-1” yarışları üçün bir sıra mərkəzi küçə və prospektlərin bağlanması şəhərin digər küçələrində tıxaclara səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən də faktı təsdiqləyiblər. Məlumata görə, hazırda Ziya Bünaydov prospektində (hər iki istiqamətdə), Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı, paytaxta doğru), habelə Qara Qarayev prospektində (“Koroğlu” metro stansiyası istiqamətində), A.Bakıxanov küçəsində, Koroğlu Rəhimov küçəsində, Yusif Səfərov küçəsi və Binəqədi şosesində avtomobillərin hərəkətində sıxlığı yaranıb.
Bundan başqa Sumqayıt-Bakı istiqamətindəki magistral yolun Xirdalanı Tiblisi prospektinə birləşdirən hissəsində də  avtomobillərin hərəkəti çətinləşib.