Paytaxt sakinləri il ərzində 6 milyard manatlıq ərzaq alıb

  • By admin
  • 04 Noyabr 2017 21:00

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 13 mlrd. 378,1 mln. manat olub.

Gununsesi.info xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 6 mlrd. 96,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 7 mlrd. 281,9 mln. manata çatıb.

İstehlak məhsullarının 19,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 67,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Cari ilin yanvar-sentyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 32,7 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,8%-i hüquqi şəxslərdən, 2,2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.

Gununsesi.info