Paytaxtda çoxmərtəbəli binada iki mənzil yandı

  • Müəllif: admin
  • 03 Noyabr 2016 09:35

fhn-yanginsonduren

Bu gün Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli, mansard tipli yaşayış binasının 7-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 75 m2 sahədə,  digər vətəndaşa məxsus ümumi sahəsi 340 m2 olan 2 otaqlı mənzilin mansardı və içərisində olan əşyalar 55 m2 sahədə yanıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, hər iki mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 05:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info