
Bakıda yanğın hadisəsi baş verib.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 20 m2 olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın çöl divarının plastik üzlüyü 4 m2 sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info












