Penitensiar Xidmət qeyri-peşəkarlardan ibarətdir - FAZİL MUSTAFA

  • By admin
  • 15 Dekabr 2017 12:33

“Milli Məclis qanunverici və səlahiyyətli orqandır.  Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisinin razılığı olmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Silahlı Qüvvələr haqqında” Qanunun ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik.

Deputat bildirib ki, Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin: “Yəni Milli Məclis də hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın. Qurum qeyri-peşəkarlardan ibarət olanda belə olacaq. Çünki  nəzarətdən kənarda qalıb. Ədliyyə Nazirliyinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Mən Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətdə Milli Məclisin kənarda qalmasını yanlış hesab edirəm”.

Mürtəza

Gununsesi.info