Penitensiar xidmətin rəisi özünə yeni müavin təyin etdi

  • By admin
  • 01 Avqust 2016 18:17

Pentensiar

 

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) yeni təyinat olub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki,  ədliyyə polkovniki Məhərrəm Qafarov Xidmətin rəis müavini təyin edilib.

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənovdur. C.Həsənov PX rəisi vəzifəsinə bu ilin iyun ayında təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Gununsesi.info