Pensiyaların orta aylıq məbləğində 6,4 dəfə artım olub - SƏLİM MÜSLÜMOV+FOTOLAR

  • Müəllif: admin
  • 03 May 2017 17:52
18194627_648326125356567_3151170723342850760_n
“Son on ildə pensiya sisteminin büdcəsi 5,8 dəfə çoxalmaqla, əmək pensiyalarına yönələn xərclərdə 5,9 dəfə, pensiyaların orta aylıq məbləğində 6,4 dəfə artım qeydə alınıb”.
Gununsesi.info xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  nazirlikdə
xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş idman yarışlarının(mini-futbol və şahmat)  yekunların ilə bağlı keçirilən toplantıda çıxışı zamanı deyib.
Tədbirdə çıxış edən nazir deyib ki, dövlət quruculuğu prosesini əhalinin sosial maraqlarının təminatı prinsipindən ayırmayan H. Əliyev bazar iqtisadiyyatının formalaşmasına yönələn islahatlar şəraitində dövlətin etibarlı sosial müdafiə sisteminə malik olması üçün vacib əsasların yaradılmasını təmin edib: “H. Əliyevin imzaladığı sənədlər nəticəsində 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, habelə orta aylıq əmək haqqının 6 dəfədən çox artırılmasına, əmək və sosial təminat, məşğulluq, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə hüquqi bazanın yaradılmasına nail olunub. Eyni zamanda, H. Əliyevintəsdiq etdiyi Pensiya İslahatı Konsepsiyası ölkədə mütərəqqi dünya təcrübəsinə uyğun sığorta-pensiya sisteminin qurulmasına şərait yaradıb”. 
S.Müslümov diqqətə çatdırıb ki, H. Əliyevin milli inkişaf strategiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlər üzrə yüksək səviyyədə davam etdirilməsi 2003-2016-cı illər ərzində ölkədə ümumi daxili məhsul istehsalının 8,4 dəfə, orta aylıq əmək haqqının 6,4 dəfə, əhalinin gəlirlərinin 7,9 dəfə artması ilə nəticələnib: “Müasir sığorta-pensiya sisteminin mövcud olduğu son on ildə pensiya sisteminin büdcəsi 5,8 dəfə çoxalmaqla, əmək pensiyalarına yönələn xərclərdə 5,9 dəfə, pensiyaların orta aylıq məbləğində 6,4 dəfə artım qeydə alınıb.
Sosial müavinət və yardımların, təqaüdlərin də mütəmadi artırılmasına nail olunub”.
18198544_648326182023228_3813611928838125373_n 18194859_648326238689889_1753202162759438427_n
Mürtəza
Gununsesi.info