Pentaqon: Rusiya bütün qüvvəsini Ukraynaya daxil etdi

  • By admin
  • 07 Mart 2022 22:49

Rusiyanın sərhədə topladığı qüvvələrin artıq hamısı Ukraynada döyüşə cəlb edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə istinadla CNN açıqlama yayıb.

Mənbə bildirib ki, Ukrayna və Belarus sərhədinə toplanmış bütün qüvvələr artıq Ukraynadadır.

O, həmçinin Rusiyanın bu gün daha 25 ballistik raket atdığını və indiyə qədər atılan raketlərin sayının 625-ə çatdığını deyib.

Qeyd edək ki, bu gün səhər Pentaqon Rusiyanın sərhədə topladığı qüvvələrin indiyə qədər 95 faizinin Ukraynaya girdiyini, 600 raket (ballistik, qanadlı və s.) atıldığını qeyd etmişdi.

Gununsesi.info