Peruda daşqınlar nəticəsində bir neçə nəfər öldü, onlarla xəsarət alan var

  • By admin
  • 23 Fevral 2020 17:13

Perunun cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər həlak olub.

Bu barədə Gununsesiaz.info “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, təbii hadisə nəticəsində 20-dən çox insan müxtəlif xəsarətlər alıb. Onların əksəriyyəti su axınları zamanı qismən dağılmış klinikanın xəstələridir. Həmçinin Takna şəhərində də onlarla tikinti binasına ciddi zərər dəyib.

Hazırda xilasedicilər itkin düşmüş bir neçə insanı axtarır və zərər dəymiş binaların, kommunikasiyaların bərpası ilə məşğul olurlar.

 

 

Gununsesiaz.info