“Peşə təhsili haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

  • By admin
  • 15 Noyabr 2017 16:54

Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında ilk oxunuşda müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi müzakirələrdən sonra plenar iclasına tövsiyə olunub.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, qanun layihəsində peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququ, təcrübə sahəsində əmək haqqı alma hüququ, xüsusi imtiyazlara sahiblənmə hüququ və sair yeniliklər əksini tapıb.

Qanun layihəsi Azərbaycanda ilk dəfədir, hazırlanır.

Gununsesi.info