“Pişiklər üçün ev” layihəsi davam edir – İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan açıqlama

  • By admin
  • 12 İyun 2020 18:20

Bir müddət öncə mətbuatda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 883 min manatlıq yemək alındığı yazılmışdı. Qurum məsələ ilə bağlı saytımıza açıqlama göndərib.

Gununsesi.org həmin yazını sizə təqdim edir:

Bildiyiniz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2018-ci ildə Qoruq ərazisində sakinlər və qonaqlar tərəfindən böyük rəqbətlə qarşılanan pişiklər üçün evciklər quraşdırılmasına başlanmışdır. Həmin layihə uğurla davam edir və 2020-ci il üçün həmin evciklərə İdarə tərəfindən 8835 (səkkiz min səkkiz yüz otuz beş) manat məbləğinə pişik yemləri alınmışdır.

Gununsesi.org