Sərt karantindən öncə rayona getmək istəyənlərin nəzərinə!

  • By admin
  • 12 İyun 2020 18:33

“Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmadan əvvəl bəzi sakinlər bu yerləri tərk edərək digər rayonlara gedib iki gün qalıb qayıtmaq istəyirlər”

Gununsesi.orgun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, Bakı, Sumqayıt, Abşeron sakinləri digər zonalara buraxılmayacaq, postlardan geri qaytarılacaqlar:

“Buna cəhd etməsinlər. Bununla virusu daha çox yaya bilərlər”.

Gununsesi.org