Pitixana 6500 manata satılıb - HƏRRACDA

  • Müəllif: admin
  • 19 Dekabr 2017 16:50

Bakının Suraxanı rayonunda  232.8 kv.m-lik obyekt cəmi 15 min manata satılıb.

Günunsesi.info bunu Əmlak Məsələləri  üzrə Dövlət Komitəsinin dekabrın 12-də keçirilən hərracların nəticələrinə əsasən xəbər verir.

Nəticələr barədə yayılan hesabatdan məlum olur ki, Nizami rayonunda 322 kv.m-lik obyekt cəmi 90 min manata,  Xəzər rayonunda 167kv.mlik mağaza isə  7750 manata satılıb.

Sumqayıt şəhər, Tağıyev qəsəbəsindəki  satışa çıxarılan 190 kv.mlik 8 saylı pitixana isə 6500 manata başa gəlib.

Vüsalə

Gununsesi.info