Piyadanı vuraraq öldürən sürücü tutuldu - YENİLƏNİB

  • By admin
  • 08 Noyabr 2016 13:05

2-2

Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Gununsesi.info-nun APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, hadisə rayonun Xındırıstan  kəndində baş verib.

“Mercedes” markalı  yük avtomobili yolu keçən piyadanı, 1971-ci il təvəllüdlü Həsənov Bəhrəm Qara oğlunu vuraraq hadisə yerindən qaçıb.

B.Həsənov aldığı yaralardan dünyasını dəyişib.

Hazırda polis sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

***

Ağdamda piyadanı vuraraq hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub.

Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 99 FC 946 dövlət nömrə nişanlı, “Mercedes” markalı yük maşınını idarə edən sürücünün rayon sakini Əliyev Fəxri Telman oğlu olduğu müəyyən edilib.

Fəxri Əliyev bu gün polis tərəfindən saxlanılıb.

Gununsesi.info