Sabah hava yağmursuz olacaq

  • By admin
  • 08 Noyabr 2016 13:14

hava-15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Gununsesi.info-nun Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında                        

hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin  zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gununsesi.info