Piyləri əritmək üçün yağ qəbul edin - MƏSLƏHƏTLƏR

  • By admin
  • 02 Aprel 2018 22:32

Bədəndəki piyləri əritmək üçün gündəlik normal miqdarda yağ qəbul etmək lazımdır.

Gununsesi.info xəbər verir ki, yağ bizi kökəltmir, əksinə arıqlamağa kömək edir. Təbii ki, söhbət günəbaxan, qarğıdalı və marqarin yağlarından getmir. Bu yağlar həqiqətən də köklüyə səbəb olur.

Lakin zeytun yağı, balıq yağı və qoz, fındıq və başqa quru meyvələrin tərkibindəki yağlar sağlamlıq üçün çox faydalıdır və normal inkişaf üçün bədənin ehtiyacıdır.

Bu yağlar bədənin enerji ilə təmin olunmasına, zülalların parçalanmasına kömək olur.

Qeyd: arıqlamaq üçün pizza, sendviç, yağda qızardılmış yeməklərdən uzaq durun. Bədənin yağa olan ehtiyacını balıq yağı, zeytun yağı və ya qoz fındıq püstə badam ilə təmin edin.

Gununsesi.info