Bu gün Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı hərbi hava əməliyyatı keçirib.
Gununsesi.info xəbər verir ki, Türkiyə Baş Qərargah Rəhbərliyindən verilən açıqlamada terrorçuların öncədən hücum hazırlığı gördüyü bildirilib.
İraqın şimalında yerləşən Qara bölgədə, həmçinin Hakkarinin Yüksəkova mahalında terroçulara məxsus mağara, sığınacaq, silah anbarları məhv edilib.
Gununsesi.info












