
Pakistan polisi müxalif “Tehrike insaf” Hərəkatının lideri İmran xanın 1500-dən artıq tərəfdarını İslamabadda aksiyaöncəsi həbs edib.
Gununsesi.info Reutersə istinadən xəbər verir ki, Pakistan hökuməti iki ay müddətinə ölkə paytaxtı İslamabada və Ravalpindi şəhərində hər hansı ictimai toplantı və siyasi etiraz aksiyalarının keçirilməsinə qadağa qoyub. Bu qadağaya baxamayaraq “Tehreki insaf” Hərəkatının lideri İmran Xanın tərfdarları bu qadağanı pozaraq noyabrın 2-də planlaşdırdıqları aksiyada baş nazir Nəvazi Şərifin istefasını tələb edəcəklər. Müxalifət baş nazir Şərifi seçkiləri saxtalaşdırmaqda vəkorrupsiya faktında ittiham edir.
Gununsesi.info












