Polis 466 maşını postlardan geri qaytardı – Karantinin ikinci günü

  • By admin
  • 23 İyun 2020 15:03
Karantin qaydalarını pozan 1 291 nəfər cərimələnib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 22.06.2020-ci il saat 00:00-dan 23.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 029 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla ümumilikdə 1 291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər şəxs aşkar edilib.

Gununsesi.org