Polis qəbir oğrularını axtarır - MƏRMƏRLƏR QIRILARAQ APARILIR (FOTO)

  • Müəllif: admin
  • 03 Yanvar 2018 13:00
Şamaxı rayonunda qəbir daşları oğurlanıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeddi Günbəz qəbiristanlığında qeydə alınıb.
Bənzər oğurluq hadisəsi bir neçə dəfə təkrarlanıb. Naməlum şəxslər əsasən qara mərmərdən olan sinə və baş daşlarını qopararaq aparıb.
Sonuncu dəfə Ağabəkir Hacıyev və onun gəlini Sevda Gülməmməd qızı Hacıyevanın qəbirlərinin sinə daşları oğurlanıb.
Faktla bağlı Şamaxı Rayon Polis şöbəsində araşırma aparılır.
Gununsesi.info