Polislərə qarşı əməliyyat  – 174 NƏFƏR BARƏDƏ SAXLANMA QƏRARI VERİLDİ

  • By admin
  • 24 İyul 2017 13:04

07

İstanbul Mütəşəkkil Cinayətlər üzrə Mübarizə şöbəsinin əməkdaşları səhər saatlarında uğurlu əməliyat keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətlər üzrə Mübarizə şöbəsinin əməkdaşları beton qarışdıran avtomobillərin, eləcə də yük maşınlarının qadağan olunan saatda şəhərə girişinə icazə verən və ya göz yuman, aralarında 88 polisin də olduğu 174 şübhəlinin tutulması istiqamətində əməliyyat keçiriblər.

Belə ki, əməliyyat nəticəsində, 60-ı yol polisi olmaqla, nəqliyyat firmasının rəhbərliyində çalşan 42 nəfər nəzarətə götürülüb. Ümumilikdə isə reyd zamanı 102 nəfər saxlanılıb.

Qeyd edək ki, hazırda digər şübhəlinin tutulması istiqamətində əməliyyat davam etdirilir.

Anar
Gununsesi.info