Polşa hökuməti İngiltərədəki 100 ton qızılı geri aldı

  • Müəllif: admin
  • 05 Dekabr 2019 11:52

Polşa hökumətinin II Dünya Müharibəsindən əvvəl faşistlərin əlinə keçməməsi üçün İngiltərəyə apardığı 100 ton qızılı son aylarda təşkil edilən gizli bir əməliyyatla yenidən Varşavaya gətirilib.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Report”  “Daily Mail”-ə istinadən xəbər verir.

Məlumata görə, nəqliyyat təyyarələri ilə daşınması təşkil edilən 8 min qızıl külçələrin dəyəri, təxminən, 4 milyard funt sterlinq olub.

Polşa höküməti geri qaytarılan qızıl külçələrin hazırda Polşa Mərkəzi Bankında saxlandığını açıqlayıb.

Gununsesi.org