Poroşenko ilə Kliçko yollarını ayırdı

  • Müəllif: admin
  • 09 Avqust 2016 17:02
klik
Dünyaca məşhur Kiyev meri Vitaliy Kliçko Ukrayna prezidenti Pyotr Poroşenkonun partiyasının sədr postunu tərk etmək qərarına gəlib.
Gununsesi.info  “Vesti.ua”ya istinadən xəbər verir ki,  Kliçkonun komandası oktyabr ayında Poroşenko Blokunu tərk etmək  niyyətindədir. Bununla belə, məhşur boksçu siyasəti tərk etməyəcək, bu partiyanı tərk etdikdən sonra yenidən bir müddət öncə fəaliyyətini dayandırdığı UDAR partiyasını bərpa etmək niyyətindədir. O, bu partiyaya Poroşenko Blokundakı tərəfdarlarını qaytarmağı düşünür. 
Politoloqlar hesab edir ki, Poroşenko ilə Kliçko arasında fikir ayrılığına səbəb  ukraynalı oliqarx  Dmitriy Fitaş olub. Bundan əlavə Kliçko Poroşenkonun siyasi perspektivinə inanmadığından növbəti seçkilərdə ayrıca partiya şəklində seçkilərə qatılmaq istəyir.
Gununsesi.info