Portuqaliya bütün proqnozları alt-üst etdi - Ronaldusuz da bacardı

  • By admin
  • 11 İyul 2016 09:30

during the UEFA EURO 2016 Final match between Portugal and France at Stade de France on July 10, 2016 in Paris, France.

 

Avropa çempionatının final oyunu yekunlaşıb.  Gununsesi.info xəbər verir ki, finalda Portuqaliya və Fransa komandaları qarşılaşıb. Portuqaliya komandasının aparıcı futbolçusu Kriştiano Ronaldo matçın gedişində zədələnib. Belə ki, matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alan Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıdıb. Lakin oyunu davam etdirə bilməyən Ronaldo əvəzlənmək məcburiyyətində qalıb. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib.

Oyunun sonrakı hissəsində Fransa bir neçə dəfə hesabı açmağa yaxın olsa da, meydan sahibləri buna nail ola bilməyiblər. Beləliklə, oyunun əsas vaxtı heç-heçə yekunlaşıb.

Əlavə vaxtda isə Portuqaliya final oyununun yeganə qolunu vurub. Belə ki, Portuqaliyanın oyunçusu Eder 109-cu dəqiqədə hesabı açıb. Sonrakı dəqiqələrdə isə Fransa hesabı dəyişə bilməyib.

Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.

Avropa çempionatı

Final

10 iyul

 

Portuqaliya – Fransa – 1:0 (əlavə vaxt)

Qol: Eder, 109

Gununsesi.info

http://rutube.ru/video/c39ecb71ba397aeb053cae1173346b01/?ref=logo