Ronaldu zədələndi, oyundan çıxdı - Portuqaliya zor durumda qaldı

  • By admin
  • 11 İyul 2016 00:16

ron

Hazırda  futbol üzrə Avropa çempionatı-2016-nın final matçında Portuqaliya ilə Fransa oynayır.

Gununsesi.info xəbər verir ki,  hazırda davam edən matçın gedişində Portuqaliyanın lideri Kristiano Ronaldu zədələnib. Belə ki  Payetlə mübarizədə dizindən xəsarət alan oyunçu həkimlərin bütün səylərinə baxmayaraq oyunu tərk etməli olub.

Matçın 25-ci dəqiqəsində onu Quaresma əvəz edib.

Gununsesi.info