“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimin başında olacam” - RAMİZ MEHDİYEV İSTEFASINDAN DANIŞDI

  • By admin
  • 15 Fevral 2022 20:08

Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib.

Gununsesi.info xəbər verir ki, Baku TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.

Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb.

“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimin başında olacam”, – deyə o qeyd edib.

Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:

“Bunların hamısı boş-boş söhbətlərdi”.

 

 

Gununsesi.info