Prezidentə qarşı sui-qəsdin qarşısı alındı

  • By admin
  • 23 Oktyabr 2017 22:47

porosenko3

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.

Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb.

Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, ötən gün P.Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeevkada əməliyyat müşavirəsi keçirib.

Gununsesi.info