Prezident: “Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk”

  • By admin
  • 29 Dekabr 2022 19:48

“Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk”.

Gununsesi.info xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda yer alıb.

“Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür”, – məktubda qeyd edilib.

Gununsesi.info