Sülhməramlıların 15 maşını Xankəndi-Laçın yolundan keçdi

  • By admin
  • 29 Dekabr 2022 20:00

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Gununsesi.info xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 15 təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Gununsesi.info