Prezident Cavid Qurbanovu fəxri adla TƏLTİF ETDİ

  • By admin
  • 13 Noyabr 2017 18:28

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində və istismara verilməsində fərqləndiklərinə görə Buadze Murad Otariyeviç, Qasımov Cəmil Həsən oğlu, Qurbanov Cavid Qəmbər oğlu və Rzayev Telman Ağamoğlan oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

Gununsesi.info