Prezident daha bir deputata yüksək vəzifə verdi

  • By admin
  • 23 Aprel 2018 17:15
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə deputat Vüsal Hüseynov təyin olunub.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev vəzifəsindən azad olunub.
Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.
Gununsesi.info