Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, sərəncamda bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə və elm, təhsil sahələrində nailiyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar elm xadimi” fəxri adı verilsin:
Qurbanov Fazil Səməd oğlu
Ömərоv Murad Ənvər oğlu”
Gununsesi.info