Prezident İqtisad Universiteti ilə bağlı sərəncamı ləğv etdi

  • Müəllif: admin
  • 02 Noyabr 2017 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev”Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, sərəncamla “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib.

Gununsesi.info