Prezident nazir müavini təyin etdi

  • By admin
  • 28 İyun 2016 12:38

serencam

 

Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub. Gununsesi.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov maliyyə nazirinin yeni müavini təyin olunub.

Qeyd edək ki, indiyə kimi maliyyə naziri Samir Şərifovun 2 müavini vardı: İlqar Fətizadə I müavin, Azər Bayramov müavin postunu tutur.

 

Azar Abizada