Prezident olsam Ərdoğanın kürəkəninə dəstək verəcəm - MƏHƏRRƏM İNCƏ+video

  • By admin
  • 25 Yanvar 2023 15:16

Türkiyənin Məmləkət Partiyasının lideri Məhərrəm İncə maraqlı bəyanatla çıxış edib.

Gununsesi.info-nun xəbərinə görə, Məhərrəm İncə prezident olacağı təqdirdə Ərdoğanın kürəkəni Səlcuk Bayrakdara dəstək verəcəyini deyib: “Çünki, “Baykar” Türkiyəyə uğur qazandırıb.

Ərdoğan Azərbaycana da kömək edib. Mən deyirəm ki, düzgün edib. Hələ az edib. Mən olsam daha artığını edərdim”.


Afət Abbasova