Rusiya televiziyasında Azərbaycana qarşı növbəti təxribat -VİDEO

Rusiya televiziyasında Azərbaycana qarşı növbəti dəfə təxribata yol verilib.

Gununsesi.info xəbər verir ki, sözügedən təxribat “Rossia 1” telekanalında canlı yayımlanan “Kto protiv” proqramının yanvarın 24-də yayımlanan buraxılışında qeydə alınıb.

Belə ki, efirə dəvət olunan erməniəsilli ekspert Arayik Stepanyan ölkəmizə qarşı təxribat yönümlü çıxışlar edib.

Onun sözlərinə görə, Azərbaycan guya Birinci və İkinci Qarabağ müharibələri zamanı ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini bilərəkdən ön cəbhəyə göndərərək onlardan xilas olmaq istəyib.

Qeyd edək ki, proqramın əsas mövzusu əsas olaraq İsveçin NATO-ya üzvlüyü, Türkiyə-NATO münasibətləri olub. Arayik Stepanyan isə proqramdan istifadə edərək Azərbaycan əleyhinə ifadələr səsləndirib.

Gununsesi.info