Anar Nağılbazın övladları - VİDEO

“Xəzər axşamı” verilişi mərhum reper Anar Nağılbazın övladları ilə müsahibə yayımlayıb. 

Gununsesi.info xəbər verir ki, sənətçinin oğlu Tamerlan onunla son görüşlərini bu sözlərlə xatırlayıb:

“Yeni il günü görüşmüşdük. Hədiyyələr gətirmişdi. Həmin ərəfədə danışmırdıq. Bizi sevindirmək üçün xəbərsiz gəlmişdi. Ondan üzüyü, saatı, kitabı və albomları yadigar qalıb.

Atam dünyasını dəyişəndən sonra heç bir dostu bizimlə maraqlanmayıb. Bircə Rəsul Abbasov və Ramil Nabran gəlib”.

Qızı Şərqiyyə isə “Onun üçün darıxmışdım, yuxuda görmüşdüm. Elə bildim Şaxta baba gəlib. Sonra anladım ki, atamdır” sözlərini əlavə edib.

Qeyd edək ki, A.Nağılbaz 2018-ci ildə xəstəlikdən vəfat edib.